12 Avqust 2014 20:37
1 204
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hər aşiqin öz dövranı olduğu kimi, onlar da nə vaxtsa ən çox sevilən, tanınan məşhurlar olublar.

Hamı onların filmlərinə baxır, mahnılarını dinləyirdi. Ancaq son bir neçə ildə heç bu məşhurları yada salan da yoxdur. Bəs görəsən, ulduzu sönmüş bu məşhurlar kimlərdir?

Axşam.az həmin məşhurları təqdim edir:

Rozanna Arket - 1959-cu ildə dünyaya gələn aktrisa ilk filminə 13 yaşında çəkilib. İlk uğurunu «Biçinin sonu» serialındakı rolu ilə qazanıb. Bunun ardınca Rozanna «Dəlilər yoxdur», «İşdən sonra» filmlərində rol alır. Son vaxtlar isə aktrisa «ulduzu sönmüş məşhurlar» sırasındadır. Deyilənə görə, hazırda o, televiziya kanallarının birində çalışır.

Stiven Siqal - Hamı onu «Niko» adı ilə tanıyırdı. 1988-ci, 2000-ci illərin ən məşhur aktyorlarından olub. Bütün filmləri müsbət qarşılanıb, əsasən də «Niko» adlı silsiləsi. Tamaşaçılar filmin «Niko 40»a qədər çəkiləcəyinə ümid etsələr də bu film sadəcə 7-yə kimi çəkildi. 1994-cü ildə isə Siqal özünü rejissor kimi sınadı. İlk filmi uğurlu alınsa da aktyorun çəkdiyi ikinci film heç bəyənilmədi. Hazırda unudulan Hollivud ulduzları sırasında olan Stiven Siqal bir çox filmlərə çəkilsə də əvvəlki reytinqi qazana bilmir. O, özünün açdığı «Aykido» məktəbində müəllimlik edir. Bu gün insanlar onu aktyor kimi yox, daha çox aykido müəllimi kimi tanıyırlar.

Fibi Keyt - 1980-cı illərin ən cazibədar qadın obrazlarını canlandırıb. 1982-ci ildə çəkildiyi «Cənnət» filmi demək olar ki, dünyanın bir çox yerində nümayiş olunub və çox bəyənilmişdi. Sonuncu dəfə 2006-cı ildə çəkilib. Hazırda aktrisanın adı «ulduzu sönmüşlər» siyahısında birinci yerdədir.

Syuzan Somers - 1980-ci illərin ən yaxşı aktrisası, prodüseri və rejissoru idi. İlk filminə 1954-cü ildə çəkilib. «Simpson ailəsi», «Disneylend» kimi serialların əsas qəhrəmanlarından idi. Son vaxtlar aktrisa bir neçə serialda rol alsa da əvvəlki şöhrətini qaytara bilmir. Hazırda Syuzan bəstəkarlıqla məşğuldur.

Kim Besincer - O, 1980-90-cı illərin ən cazibədar qadınlarından idi. Tamaşaçılar onun rol aldığı filmləri ssenarisinə görə yox, məhz Kimin gözəlliyinə görə izləyirdilər. Onun ən çox sevilən filmi «Heç vaxt «heç vaxt demə» idi. 8 il birlikdə yaşadığı həyat yoldaşı Alek Boldiundan ayrıldıqdan sonra Kim açıq-saçıq səhnələrdə artıq rol almayacağını bəyan edərək, qızı ilə tənha həyat sürmək istədiyini deyib. Hazırda aktrisa qızı Ayrləndlə birlikdə yaşayır.

Vlad Staşevski - Ötən əsrin son 15 ilinin ən məşhur müğənnilərindən idi. «Lyubov zdes bolşe ne jivyot» ("Sevgi artıq burada yaşamır") mahnısı bütün onluqlarda birinci idi. Prodüseri Yuri Ayzenşpisdən ayrıldıqdan sonra işlərini təkbaşına idarə edə bilməyən Vlad iflasa uğrayıb. Deyilənə görə, hazırda aktyorluqla məşğul olan həm də Fransada, zibildaşıma şirkətində işləyir.

Mister Maloy - Rusiyanın ilk repçilərindəndir. Onun repləri 13 il hit olub. 1990-ci ilin ortalarından narkotikaya qurşanan reper hazırda Piterdə, yerli klubların birində çalışır.

Filiz Akın - İlk filmə 1962-ci ildə çəkilib. Həmin dövrün ən məşhur aktyorları ilə eyni səhnəni paylaşıb. Hətta onu Türkiyənin «Fransız aktrisası» da adlandırırdılar. Son dəfə filminə 1989-cı ildə çəkilib. Sonradan gələn dəvətləri qəbul etmir. 2000-ci ildə xərçəng xəstəliyinə tutulan Filiz Akın hazırda ailəsi ilə birlikdə yaşayır.
Ümid Besen - Bir vaxtlar ən gözəl səsi olan müğənnilərdəndir. Həm də aktyorluğu ilə tanınırdı. Çəkildiyi filmlərə isə söz ola bilməzdi. Ən çox sevilən, bəyənilən filmi isə «Nikah masası» idi. 2003-cü ildə yenidən səhnəyə qayıtmaq məqsədilə yeni albom çıxaran müğənninin cəhdi uğursuz oldu.

Cüneyt Arkın - «Qara Murad» adı ilə məşhur olan bu aktyor 1970-ci illərdə tarixi filmlərin «ən yaxşı oyunçusu» adını almışdı. Son vaxtlar teatrda çalışan Cüneyt Arkın bir neçə filmə ssenaristlik etsə və seriallarda çəkilsə də əvvəlki reytinqini qazana bilmədiyini özü də etiraf edir. Cüneyt Arkın «ulduzu sönmüş məşhurlar»dandır.


Müəllif: