Son zamanların ən çox tələb olunan modellərindən biri də futbolçu Kriştiano Ronaldonun sevgilisi İrina Şeykdir
Bu dəfə supermodel “Agua Bendita” çimərlik geyimlərinin 2015-ci il üçün nəzərdə tutulmuş kolleksiyasına görə kamera qarşısına keçib.
Ulduza markanın siması olmaq təklif edilib və o, bunu məmnuniyyətlə qəbul edib. Çünki “Agua Bendita” Kolumbiyanın çimərlik geyimləri sahəsində məşhurlaşmış ən orijinal brendlərindən biri hesab olunur. Parlaq geyimlərdə poz verən İrina əsl ekzotik ab-hava yaradan bir ortamda fotosessiya etdirib. Şeykin cazibədarlığı ümumi fona daha da maraq qatıb.
Axşam.az