Rəqqasə Aytən iştirak etdiyi məclislərdən də söhbət açıb.
Teleqraf.com bildirir ki, qafqazinfo-ya açıqlamasında rəqqasə bir məclisdən 18 min qazandığını bildirib:
“Məni məclislərə tez-tez dəvət edirlər. Elə məclis olub ki, 18 min dollar yığmışam. Mənim maşın almağa imkanım var. Amma bunu etmək istəmirəm. Qarşıma qoyduğum vacib məqsədlər var. İkinci klipin çəkilişinə hazırlaşıram. Bunların hər biri maliyyə tələb edir. Bəzən kimlərsə, rəqsimə sataşır. O zaman özümdən çıxıram. Bu rəqslə evimə çörək pulu aparıram. Başqa rəqslə məşğul olmuram. Səbrsiz xanımam. Mənə qarşı haqsızlıq olanda cavabını verməliyəm.”
Rəqqasə eyni zamanda idmana olan sevgisindən də danışıb:
“Mənim rəqsimin özü bir idmandır. Oriyental rəqs idmanın üçüncü növüdür. Bunu bütün idmançılar deyir. Sosial şəbəkələrdə idman zalında olan fotolarımı paylaşmışdım. Saytlar “Aytən sinəsini böyütmək üçün məşq edir” kimi başlıqlı xəbər yerləşdirmişdilər. Bu belə deyil. Bu son günlərdə daha çox idmanla məşğul oluram. Efir adamıyam və oriyental rəqslə məşğul oluram. Bədən quruluşumu qorumalıyam. Bir çox bədən hərəkətlərini etməkdə çətinlik çəkirəm. O hərəkətləri etmək üçün idmanla məşğul oluram ki, istəyimə nail olum. Bu yaxınlarda boksla da məşğul olacam.”