“Maşın” realiti-şousunun 16-cı mövsümünün növbəti buraxılışı iki iştirakçı tərk edib.
Teleqraf.com xəbər verir ki, səsverməyə çıxan reper Uran səs toplayacağı təqdirdə aktrisa Pərvin Abıyevanı yarışdan uzaqlaşdıracağını söyləyib. Uran səs toplayar-toplamaz aktrisa Pərvin Abıyeva əlini maşından çəkib. Uran isə müğənni Roza Zərgərli ilə taktika qurduğunu, Pərvin əlini çəkərsə hədəfin jurnalist Aytən Səfərova olacağını söyləyib. Nəticədə realiti-şoudan Pərvin Abıyeva və Aytən Səfərova uzaqlaşıb.
Beləliklə, “Maşın”ın üç finalçısı – Roza Zərgərli, Uran və Hüseyn Əzizoğlu məlum olub.