15 Avqust 2014 20:34
1 268
12 Punto 14 Punto 16 Punto 18 Punto

Lolitanın əynində ayaqlarını güclə örtən ağ futbolka olub.

NTV telekanalı “Çistıye prudı” metro stansiyası qarşısında şahidlər tərəfindən lentə alınmış videonu yayımlayıb. Videoda televiziya ulduzu Lolita Miyavskaya olub.

Teleqraf.com oxu.az-a istinadən xəbər verir ki, müğənni və teleaparıcı metro stansiyası qarşısında “konsert verib”. 10 dəqiqə ərzində yoldan keçən piyadalar üçün oxuyub və oynayıb. Müğənnidən avtoqraf almağa yaxınlaşan pərəstişkarlar spirt iyini hiss ediblər.

Lolita ayaqlarına güclə çatan ağ futbolkada olub, ürəyi yanan vətəndaşlar ona hətta bağlanmaq üçün göy yaylıq da veriblər, amma canfəşanlıq edən Lolita onu beli əvəzinə başına bağlayıb. Əraziyə yığılan camaat polisin diqqətini çəkib, amma asayiş qoruyucuları çatana kimi Lolita hadisə yerindən uzaqlaşmağa müvəffəq olub.

Yeri gəlmişkən, Lolita NTV kanalını onun guya sərxoş halda “Çistıye prudı” metro stansiyasının qarşısında konsert verməsi barədə xəbər yaymasına görə məhkəməyə verməyə hazırlaşır. Müğənni “Qovorit Moskva” nəşrinə verdiyi müsahibədə bildirib ki, bu sadəcə yeni klipin çəkilişlərinin bir hissəsi idi. Müğənninin sözlərinə görə, o sərxoş olmayıb, sadəcə sərxoşu təsvir edib.


Müəllif:

Oxşar xəbərlər