Hollivud aktrisası Ancelina Coli sevgilisi Bred Pittə yataq səhnələrində rol almağı qadağan edib.
"The National Enquirer” yazıb. Xəbərdə bildirilir ki, Bredlə eyni filmə çəkildikdən sonra onun Cennifer Enistondan boşanmasına səbəb olan Ancelina eyni taleyi yaşamaqdan ehtiyat edir.
"Mister və missis Smitt" filmindəki sevişmə səhnəsindən sonra Ancelina və Bredin yaxınlaşması Pittin Enistonla olan nikahını sonlandırması ilə nəticələnib. Ancelinanın bu qərarı qərb mətbuatı tərəfindən birmənalı qarşılanmayıb. 6 uşaq atası olan Pittə belə qadağa qoyulmasını mənasız hesab edənlər bunu Ancelinaya yaraşdırmaqdıqlarını söyləyiblər. Coli isə qeyd edib ki, o, özü də hətta külli-miqdarda pul təklif olunsa da, belə rollar ifa etməyə razı olmayacaq.
/Axşam.az/