Türkiyəli müğənni Hadisənin anası Gülnihal Açıqgözün intihar etməzdən öncə yazdığı məktub ortaya çıxandan sonra qızları prokurorluğa müraciət edib.
Teleqraf.com xəbər verir ki, Hadisə və bacıları hesab edir ki, məktub barədə məlumatı kənara polislər sızdırıb.
Məktubda ana qızlarının pul dalınca düşdüyünü və onunla maraqlanmadığını qeyd edib. Hadisə isə anasının zəhərlənərək öldüyünü iddia edib.
Bacılar polislərin məsuliyyətə cəlb edilməsini prokurorluqdan tələb ediblər.