22 Avqust 2018 08:34
2 056
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Forbes” jurnalının tərtib etdiyi siyahıda rusiyalı tennisçi Mariya Şarapovanın adı 2018-ci ildə dünyanın ən çox pul ödənilən qadın idmançılarının onluğuna daxil edilib.

Teleqraf.com xəbər verir ki, bu il 10,5 milyon dollar qazanmış rusiyalı idmançı onluqda beşinci yerdədir.

Reytinqdə ilk yeri ABŞ tennisçisi Serena Uilyams saxlamardadır.

O, bu il 18,1 milyon dollar qazanıb. Siyahıda 2-4-cü yerlərdə müvafiq olaraq tennisçilər Karolin Voznyatski (Danimarka, 13 milyon dollar), Sloan Stivens (ABŞ, 11,2 milyon dollar) və Qarbinye Muqurusa (İspaniya, 11 milyon dollar) qərarlaşıb. Habelə 6-9-cu yerlərdə müvafiq olaraq tennisçi Vinus Uilyams (ABŞ, 10,2 milyon dollar), badmintonçu Pusarla Venkata Sindxu (Hindistan, 8,5 milyon dollar), tennisçi Simona Xalep (Rumıniya, 7,7 milyon dollar), avtomobil yürüşçüsü Danika Patrik (ABŞ, 7,5 milyon dollar) qərarlaşıb. Siyahını tennisçi Angelik Kerber (Almaniya, 7 milyon dollar) tamamlayır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər