Kino və musiqi aləminin məşhurları həmişə təəccübləndirməyi yaxşı bacarırlar. Hollivud ulduzları hətta sevgililəri və həyat yoldaşları ilə özəl anlarını yaşadıqları yataq otaqlarının “qapısını” belə hər kəsin üzünə aça bilirlər.
Bred Pittlə evli olan Ancelina Coli də onlardandır. O, 2008-ci ildə ekiz uşaqlarına hamilə olarkən səmimi açıqlamalar vermişdi: “Hamiləlik seks həyatını canlandıran bir durumdur. İnsanı daha yaradıcı olmağa məcbur edir və nəticədə çox əylənirsən”.
Aktrisa Kameron Dias yaşı artsa da, gənc görünməsinin səbəbini belə izah etmişdi: “Məncə, bunun səbəbi idman etməyin, sağlam qidalanmağım, çoxlu su içib gülməyim və əlbəttə, sekslə çox məşğul olmağımdır”.
Müğənni Con Meyer “Playboy” jurnalına verdiyi müsahibədə bir il birlikdə olduğu Cesika Simpsonun yataq otağında bomba kimi olduğunu bildirmişdi: “O, narkotik maddə kimiydi. Narkotikdən çox istifadə edəndə isə effekti itir. Siz heç Yer üzündə “Heç nə etməyək, ancaq sevişək” deyən bir insan görmüsünüz?”
İngiltərəli aktyor Rassel Brend köhnə həyat yoldaşı müğənni Keti Perri ilə cinsi münasibətlərindən danışarkən “Onunla sevişərkən başqasını fikirləşirəm” deyə bildirmişdi.
Amerikalı müğənni Keşa bir ruhla sekslə məşğul olduğunu açıqlamışdı: “Onun adını bilmirəm, amma belə şeylərə gedə bilirəm”.
Amerikalı aktyor Nik Kennon müğənni Meray Keri ilə yataq otağına gedəndə onun mahnıları dinlədiklərini söyləmişdi: “Əgər həyat yoldaşım yanımda olmasa belə, onun mahnılarını dinləyərəm”.
Müğənni Beyons isə qorxanda “Make Love to Me” mahnısına qulaq asaraq əri Jay Z ilə sevişməli olduğunu demişdi.
1937.az