6 Oktyabr 2018 10:35
4 719
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Eurovision 2014” təmsilçimiz Dilarə Kazımovanın sosial şəbəkədə yeni açıq-saçıq fotosu yayılıb.

Teleqraf.com-un məlumatına görə, daim açıq-saçıq şəkilləri ilə gündəmdə olan müğənninin bu şəkli sosial şəbəkədə izləyicilər tərəfindən tənqid olunub.

Qeyd edək ki, müğənni açıq-saçıq şəkilləri ilə bağlı bu sözləri deyib: “Müğənni üçün gözəl bədən çox vacibdir. Çünki mən ilk dəfə Azərbaycanı "Eurovision” yarışmasında təmsil etdiyim zaman demişdilər ki, bədən ölçülərin əsasdır. Hətta mənə demişdilər ki, əl və qolların uzun olması daha vacibdir.

Bədənin yaxşı görünməyi məşhurluğun bir simvoludur. Mən sosial şəbəkədə açıq-saçıq şəkillərimi paylaşandan sonra çox adam anladı ki, mənim də bədənim gözəldir.

Hətta rəfiqələrim də dedi, sənin belə gözəl bədəninin olduğunu bilmirdik. Anladım ki, mən göstərməsəm, onlar anlamayacaqlar, mənim yaxşı bədənim var. Gözəlliyimdən lazımi istiqamətdə istifadə edə bilirəm. Mətbuatın mahnılarımdan çox açıq-saçıq görüntülərimdən yazması məni narahat etmir”.


Müəllif: Aygül Qarayeva

Oxşar xəbərlər