22 Avqust 2014 11:03
1 122
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünyaşöhrətli kolumbiyalı ifaçı Şakiranın məşhur "Loca" mahnısı plagiat çıxıb.

Nyu-York məhkəməsinin qərarına əsasən, o, müəllif hüquqlarını pozaraq bu mahnını dominikanlı müğənni Ramon Arias Vaskesdən oğurlayıb.

Belə ki, Vaskes hələ 1990-cı illərin əvvəllərində həmin bəstəni ifa edib. Daha sonra isə El Kata ləqəbli digər sənətçi - Eduard Edvin Bello bu nəğmədən bəhrələnib. Bello Şakira ilə birlikdə "Loca"nın ispandilli versiyasını hazırlayaraq onu özününküləşdirib və heç vaxt müəllifini qeyd etməyib.

Məhkəmə buna görə Ariasın mahnısının hüquqlarının məxsus olduğu "Mayimba Music" şirkətinə kompensassiya ödənilməsi barədə qərar çıxarıb.

Qeyd edək ki, "Loca" 2010-cu ilin hit-paradları sırasında ilk yerlərdən birini tutub və bir neçə milyon nüsxə ilə satılıb.

/Axşam.az/


Müəllif:

Oxşar xəbərlər