29 Oktyabr 2018 15:04
1 789
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Naibə Allahverdiyeva anası Bulqeyisin məzarını ziyarət edib.

Teleqraf.com-un məlumatına görə, aktrisa bu barədə “Səhər-səhər” verilişində danışıb:

“Balaca vaxtı rəfiqəmə dedim ki, telefonumu götür, anama zəng elə və denən ki, qızın ölüb. Həmin xəbəri anam eşidəndə telefonda elə qışqırdı ki… Həmin an yadıma düşəndə özümü elə qınayıram.

Uşaq idim, maraqlı idi ki, mən ölsəm, anam nə edər? Bu addımıma görə anam məni danışdırmadı. Çoxları məni anama oxşadır. Deyirlər, eyni xarakterdəyik. Onun üçün hər şey edə bilmədim”.


Müəllif: Aygül Qarayeva

Oxşar xəbərlər