Müğənni Nadir Qafarzadə mərhum İlhamə Quliyevanın repertuarında sevilən “Kaman” adlı mahnıya klip çəkdirib.
Teleqraf.com-a açıqlama verən ifaçı bildirib ki, işləri tək bununla bitmir: “Mənim üçün İlhamə Quliyeva heç bir zaman ölməyəcək. Çünki onun ifa etdiyi əsərlər uzun illər insanların yaddaşlarında qalacaq. Mən sənətkarın “Yalan”, “Darıxmışam” kimi bir neçə sevilən mahnılarını oxumuşam. “Kaman”ı da oxudum və bu bəstəyə ekran həyatı da verdim. Yaradıcılığımda yeniliklərim bununla bitmir. Qısa zamanda yeni layihəm işıq üzü görəcək”.
Qeyd edək ki, “Kaman”nın sözləri Xanım İsmayılqızına, musiqisi Faiq Sücəddinova məxsusdur. Ekran işinin rejissorluğunu Nadir Qafarzadənin prodüseri ErToğrul Kemalov edib.