Türkiyəli sənətçi İbrahim Tatlısəs “Tatlısəs” TV-ni bağlamaq qərarına gəlib.
Teleqraf.com axşam.az-a istinadən xəbər verir ki, o, 11 ildir ki, açdığı televiziya kanalından bir qəpik də qazanmadığını deyib:
“Daim zərərə gedirik. Ona görə də bağlama qərarı aldıq. Ödmələrimizdə gecikmələr olur. Çünki çatdıra bilmirik. Hörmətli nazir bağlamağımızı istəsə, onun bu əmrinə tabe olacağıq. Çünki bu şəkildə davam etmək mümkün deyil”.