12 Noyabr 2018 15:06
1 353
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Nadir Qafarzadə ilə “X maqazin” verilişinin aparıcısı Zümrüd Bədəlova arasında qalmaqal yaşanıb.

Teleqraf.com-un məlumatına görə, aparıcı müğənniyə "Boynuna al ki, qocalmısan" deyib.

Nadir isə onun bu sözlərinə bu cür cavab verib: "Qırışlara qarşı gel vurdurmuşam. Burnumu da kəsdirmişəm. Üzümü dartdırmışam. Gələcəkdə də nə lazımsa, etdirəcəm. Sağlam qidalanıram. Maqazin toyuğu, fast-food yemirəm. Qazlı sular içmirəm. Qara yox, otlardan ibarət çay içirəm. Özün qocalmısan.

Özündən xəbərin var, güzgüyə baxmısan? Əlimdən xəta çıxacaq. Qocalmamışam... Məni bir də efirə çağırma".

Qafarzadə bir dostuna verdiyi borc pulun da məbləğini açıqlayıb: "Məndən 220 min manat borc alıb. Onun 70 minini qaytardı, 150 mini hələ də qalıb. O pulla övladıma ev almaq istəyirəm. Buradan Elçinə demək istəyirəm ki, vaxtında sənə əl tutdum. İndi sən qaytar".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər