Müğənni Ramal İsrafilovla həmkarı Niyam Salami arasında qalmaqal yenidən alovlanıb.
Teleqraf.com-un məlumatına görə, “Şou news” verilişinə açıqlama verən Niyam Ramalı söhbətə çağırıb:
"Hamı bilir, kim kimdir. İnsana cavabı üzbəüz deyirəm, efirlə yox. Efirlə söz deyənlər gücsüz adamlardır. Kim nə demək istəyir, mənə üzümə desin. Mən kasıb ailədə böyümüşəm, amma mədəniyyət görmüşəm. Efirdə aqressiyamı göstərə bilmərəm. Hər kəs öz mədəniyyəti ilə danışır.
Kiminsə qapısından keçirsən, qapısında it bağlayıb. İt hürürsə, sən ona qışqıraraq cavab verməməlisən. Sözü varsa, zəng eləsin".
Qeyd edək ki, ötən proqram “Şou news” kamerası qarşısına keçən Ramal Niyamla bağlı suala əsəbiləşərək əvvəlcə tüpürüb, daha sonra isə "Qatlayıb atmışıq baqaja. Bu xəmir hələ çox su aparacaq" sözlərini deyib.