16 Noyabr 2018 13:52
1 072
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Xatirə İslam tez-tez depressiyaya düşdüyünü deyib.

Teleqraf.com-un məlumatına görə, ifaçı bu barədə "Şou news" verilişinə danışıb:

"Heç nəyə həvəsim yoxdur. Havalar belə keçəndə pis oluram. Adam ancaq yatmaq istəyir, çəkilişlərə getməyə ərinir. Bir aya düzələcəm.

Hərdən kefim olmur, özümə qapanıram. Bir anlıq kimliyimi, hətta sənətçi olduğumu belə unuduram. Yadımdan çıxır ki, sənət dostlarım var, onlara zəng edib danışım.

Başım da ağrısa, müsbət enerjili biriyəm. Pozitiv ötürürəm hamıya. Hərdən gözümün qabağına pis-pis şeylər gəlir. Ona görə də depressiyada oluram".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər