Xalq artisti, gitara ifaçısı Rəmişlə (Rafiq Hüseynov ) həmkarı Rəhman Məmmədli arasında qalmaqal yenidən alovlanıb.
Teleqraf.com-un məlumatına görə, oğlu Tural Məmmədli ilə “Səhər-səhər” verilişinə qonaq olan Rəhman Məmmədli Rəmiş barədə bu sözləri deyib:
“Verilişdə mənim haqqımda sual veriləndə qayıdılıb “kişidən danış” deyilsə, kimə xoş gələr? Bütün gitara çalanlardan söhbət gedir. Mənim adım gələndə deyir ki, “mənə kişidən danış”. Elin, xalqın gözü tərəzidir, bilirlər ki, kim necə kişidir... Mənim bu boyda oğul yetişdirməyim kişiliyimin bariz sübutudur. Sən məni nə yerinə sayırsansa, mən də səni o yerə sayıram. Mənim oğlumdan danışmağıma dəyər, bəs Rəmiş kimdən danışacaq?
İstəyirəm bəyan edəm ki, gəl bununla soyuq müharibəmizə son qoyaq.
Atmacalarına mən də cavab verəcəm. Biri-birimizə atmacalar atmayaq. Mən səndən ötrü 9 milyonun biri deyiləm. Mən bu məmləkətin 2-3 nəfərindən biriyəm. Sənin böyüklüyünü məndən çox səsləndirən yoxdur.
Heç nə, demişəm ki, bu sənət mənə Allah vergisidir. Məktəbim, müəllimim olmayıb. İbtidai məktəbə də getməmişəm. Qonşudan taxta gitara tapmışam, onunla gitara çalan olmuşam. Rəmiş, sən böyük bir fenomenlik yaratmısan, amma onu qoruya bilmirsən”.