"Dünya gözəli-2018" müsabiqəsinin qalibi Meksika təmsilçisi olub.
Teleqraf.com-un "RİA Novosti"yə istinadən xəbərinə görə, müsabiqədə birinci yeri Vanessa Pons de Leon tutub. Beləliklə, "Dünya gözəli"nin 68-ci qalibi meksukalı xanım olub.
Müsabiqənin finalı Çində, Haynan adasında keçirilib.
Qeyd edək ki, "Dünya gözəli" müsabiqəsi ilk dəfə 1951-ci ildə Böyük Britaniyada keçirilib.