9 İyul 2019 16:48
651
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məşhur müğənni Hadisə Zonquldağ vilayətinin Qaradəniz Ərəğli mahalında konserti zamanı keçmiş sevgililərinə ismarış göndərib.

Teleqraf.com xəbər verir ki, "Evlənməliyiz" mahnısını ifa edərkən, sənətçinin mikrofonla söylədiyi sözlər maraqla qarşılanıb.

Hadisə keçmiş sevgilisi Sinan Akçılın müəllifi olduğu mahnını oxuyarkən "Qarşımıza ağılsızlar çıxmazsa, evlənəcəyik" cümləsini işləyib.

Onun bu fikirləri vaxtilə eşq yaşadığı Akçıla ünvanladığı ehtimal edilir.


Müəllif: Leyla