Rəqqasə fatimə Fətəliyevanın qızı Aydanın bu gün toyudur.
Teleqraf.com xəbər verir ki, toy mərasimi Zaqulbada restoranlardan birində keçirilir. Fatimə toy məclisinə sənət dostlarından yalnız Əməkdar artist Mətanət İsgəndərlini dəvət edib.
Mediaya qapalı olan toydan görüntü paylaşan Fatimənin ağlaması da diqqətdən qaçmayıb. O, "Allah gözəl qızım Aydanı xoşbəxt etsin. şükür bu günə. Hüseyn balamdan görüm" deyə, bildirib. Gəlinin görüntüsünü fotoqraf İlkin Cəfərov İnstaqramında yerləşdirib.
Qeyd edək ki, Aydan Əkbər adlı bəylə ailə qurur.