"Səhnə üçün ayrı, gündəlik həyat üçün başqa pul xərcləməlisən. Asket deyiləm. Asketlər geyimlərə önəm vermirlər. Onlara həsəd aparıram. Mənim isə əhval-ruhiyəm geyimdən asılıdır. Hər zaman özümdən şikayət edirdim ki, nə qədər paltar alıram".
Bu sözləri Xalq artisti Brilliant Dadaşova. Müğənni geyimlərindən bəhs edib.
"Sözüm var" proqramının qonağı olan Dadaşova xaricdə səfərdə olarkən, erməni ifaçının ona dediklərindən danışıb:
"Amerikaya mükafat almağa gedəndə Saratovda böyümüş, müharibə şəraitində olduğumuz qonşularımızdan biri mənə yaxınlaşdı və "Getmə gözəl yar" mahnısını oxudu. Sonra öz dilində "qurban olum, qadan alım" dedi. Qayıtdı ki, mən sizə baxıb, oxuyan olmuşam. Bu sözləri müharibə şəraitində olduğumuz qonşularımızın nümayəndəsi dedi.
Fikirləşdim ki, səhnəyə çıxmayanlar bunları mənə deyirdi, sənə baxıb oxuyan olmaq istədik. Üç nəfər onları tanıyandan sonra, üzləri dönüb. Niyə, bilmirəm. Bəlkə sənətləri kimi özləri də cılız olduqlarına görə. Amma mənə bunu etiraf edən müharibə şəraitində olduğumuz ölkənin nümayəndəsi idi. Söylədi ki, inşallah müharibə bitəcək, gəlib sizinlə duet oxuyacam. Deyir, ölməmişdən əvvəl sizinlə duet oxuyacam. Bu, Azərbaycan musiqisinin gücüdür. Dünyanı gəzirsən, bunları görürsən"./axşam.az/