15 Sentyabr 2014 13:49
2 130
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti doğum gününü kiminlə keçirəcək?

Bu gün xalq artisti Brilliant Dadaşovanın doğum günüdür.

Teleqraf.com xəbər verir ki, ənənəvi olaraq sənətkar xanım bu münasibətlə təntənəli tədbirlərdən imtina etsə də onu sevənlər müxtəlif sürprizlərlə müğənniyə əsl bayram abu-havası yaşadırlar. Sənətçi isə hər il olduğu kimi doğum gününü ailəsi ilə birlikdə keçirməyi planlaşdırır.

Qeyd edək ki, xalq artistinin doğum günündə ənənəvi olaraq dövlət kanallarında xalq artistinin konsert proqramları yayımlanacaq. Müğənni isə yaxın günlərdə sevənlərinə söz və musiqisi Tural Bayraməliyevə məxsus “Səndən ayrı” adlı mahnısına Maldiv adalarında çəkilən klipini təqdim edəcək.

Məlumat üçün bildirək ki, Brilliant Dadaşova 1965- ci ilin 15 sentyabrında Bakıda anadan olub. Brilliant Dadaşova 1985 –ci ildə ailə dostları Akif İslamzadənin təkidi ilə səhnəyə qədəm qoyur. İlk çıxışı ilə elə həmin ildə Moskva şəhərində keçirilən Ümumdünya Gənclərin Musiqi Festivalında mükafat alır . Daha sonra bəstəkarlar Faiq Sücəddinov, Cavanşir Quliyev gənc qızın ifasındakı qeyri adilik və yeniliyi dəyərləndirib onun üçün mahnilar yazırlar. 1989- cu ildə Briliant daha sonralar bütün dünyaya səs salacaq Eldar Mansurovun “Bayatılar” mahnısını ifa edir. Qısa müddətdə hitə çevrilən “Bayatılar” mahnınısı Brilliantdan sonra Sezen Aksu Edvvard Maya, Keti Garbi, Reno, Levent Yüksel, Monika Salmaso, “Brazilian girls”, “N Dubz”, DJ Brizi və Eusebio Belli və s dünya ulduzları tərəfindən yüzlərlə versiyada ifa olunur. 1990-ci ildə müğənni mövcud Sovet rejimin əleyhinə oxuduğu “Heykəllər” mahnısına görə yenidən qadağalara məruz qalır. Fasilələrlə qadağalara məruz qalan müğənninin qayıdışı böyük səs gətirir. Hazırda Brilliant Dadaşova yeni albom və mahnılar üzərində çalışmaqdadır. Ailəlidir, bir oğlu var.

Pərvin


Müəllif:

Oxşar xəbərlər