15 Noyabr 2019 12:28
1 011
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tanınmış şairə Səhər Əhməd “Speys” telekanalında aparıcı kimi fəlaliyyətə başlayır.

Səhər Əhməd Teleqraf.com-a açıqlamasında bildirib ki, “El bizim-sirr bizim” verilişində aparıcı Elçin Əlibəyli ilə birlikdə çalışacaq: “Təklif Elçin Əlibəylidən gəldi. Artıq çəkilişlərə başlamışıq. Verilişin formatında dəyişiklik olacaq. Daha çox ədəbiyyat mövzuları və real problemlər təqdim ediləcək.

Qonaq seçimində dəyişilik etmək istəyirik, çünki tamaşaçılar da eyni qonaqlardan yorulular. Qalmaqal və şou məsələsini azaltmaq və daha ciddi adamlarla intellektual mövzular təqdim etmək fikrindəyik.

Mən şərtimi dedim ki, verilişdə qalmaqal yarada bilməyəcəm. Elçin müəllim də bildirdi ki, verilişin formatında dəyişilik etdiyimiz üçün sizi dəvət edirik.

Mən köşə yazarıyam. Yazdığım məsələləri verilişdə danışacam. Televiziya mənim üçün daha böyük meydan açdı. İnsanlarla ünsiyyətdə olacam. Oxucularla üzbəüz ünsiyyətdə olmaq mümkün deyil. Yazırsan, onlar oxuyurlar. Nə fikirləşdiyini bilmirsən. Amma verilişdə mövzuları müzakirə edəcəyik, insanların fikrini canlı öyrənəcəyik”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər