21 Noyabr 2019 00:14
564
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Qremmi” mükafatına namizədlərin adları açıqlanıb.

“Qafqazinfo” “Billboard” nəşrinə istinadən xəbər verir ki, 2020-ci ilin yanvarında keçiriləcək müsabiqədə nominasiya sayına görə müğənni Lizzo liderdir. O, 8 nominasiya ilə qələbə uğrunda mübarizə aparacaq.

Billi Eyliş və Lil Nas X isə 6, Ariana Qrande 5 nominasiya üzrə qalibiyyətə namizəddirlər. Mükafat uğrunda Beyons, Lana Del Rey, Ledi Qaqa, Post Maloun, Teylor Svift də mübarizə aparacaqlar.


Müəllif: Teleqraf.com