26 Dekabr 2019 23:16
2 688
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nizami Kino Mərkəzində "Aman reis duymasın" filminin qala gecəsi baş tutub.

Teleqraf.com xəbər verir ki, filmin baş rol qəhrəmanları "Eşkıya Dünyaya Hükümdar Olmaz" serialının aktyorları Mustafa Üstündağ, Ozan Akbaba, Emir Benderlioğlu, Ceren Benderioğlu, Savaş Özdemir və Sevinç Gürsen Akyildiz ölkəmizə gəliblər.

Komediya janrında çəkilən filmin qəhrəmanlarında biri Ozan Akbaba saytımıza açıqlamasında bu sözləri deyib: "Bakıya ilk dəfədir ki, gəlirəm. Azərbaycanı çox sevdim. Mənim buraya özəl sevgim və marağım var. Tamaşaçıları çox gözəl film gözləyir və "Aman reis duymasın" filmini birlikdə izləyəcəyik".

Aktrisa Sevinç Akyildiz isə ölkəmizi çox sevdiyini və tamaşaçıları gülməli film gözlədiyini deyib.

Filmdə aktyor Oqtay Kaynarca da oynasa da Bakıya gəlməyib.
Belə ki, aktyor bir müddət əvvəl məşhur bir markanın reklamı üçün ölkəmizə gəlmişdi.

Qeyd edək ki, filmin qala gecəsində Türkiyənin ölkəmizdəki səfiri Erkan Özoral və həyat yoldaşı da qonaq qismində iştirak ediblər.


Müəllif: Rəqsanə Həsənova