27 Fevral 2020 16:05
2 456
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əməkdar artist Dilarə Əliyeva Teleqraf.com-un suallarını cavablandırıb.

- Aparıcılıq etdiyiniz “Söhbət var” verilişində vəziyyət necədir?

- Verilişə qonaqlarımı seçib dəvət edirəm. Hətta deyirlər ki, bizi yenə qonaq dəvət edin. Bu da məni xoşbəxt edir. Gördüyün işin nəticəsinin yaxşı olması insana stimul verir.

- Verilişinizə dəvət etdiyiniz müğənnilərdən imtina edən olub? Hələ ki, Aygün Kazımova və Zülfiyyə Xanbabayevanı “Söhbət var”da görmürük…

- Zülfiyyə Xanbabayeva yaxın günlərdə qonaq olacaq. Röya Ayxan , hətta türkiyəli model İvana Sərt də verilişə gəlib. İvana Sərtin iştirak etdiyi verilişdə əhvalım çox yaxşı oldu. Özünü çox sadə aparırdı.

- Son günlər müğənnilər efirə çağırılanda tək və yaxud istədikləri həmkarları ilə çıxmaq kimi şərtlər qoyurlar. Belə situasiya ilə qarşılaşmısız?

- Bu şərt deyil, normal istəkdir. Mən özüm də beləyəm. Təsəvvür edin ki, mənim kimdənsə xoşum gəlmir və həmin şəxsin də məndən. Biz birlikdə necə şou proqrama qatıla bilərik?! Şou əhval deməkdir. Orada sağlam enerji olmalıdır. Başqa cür ola bilməz.

- Bu mövzuda hansısa müğənninin kaprizi ilə qarşılaşmısız?

- Efirə tək çıxmaq istəyən müğənniləri verilişimə dəvət etmərəm. Heç kim efirdə tək ola bilməz. Bu, düzgün deyil. Hələ ki, elə qonaqlarım olmayıb. Beləliklə, mən heç bir müğənnini verilişimə tək dəvət etmərəm.

-Müğənni Günel Ələkbərova Zaur Kamalı verilişdə qonaqlarını alçaltmaqda günahlanıldırıb. Buna münasibətiniz necədir?

- Bu məsələyə fikir bildirmək istəmirəm.

- Filmlərdən təklif varmı?

- Hazırda filmlər yoxdur. Heydər Əliyev adına Sarayda “Stand up” konsert hazırlayıram. Martın 8-nə planlaşdırmışdım, çatdıra bilmədik.

Hazırda hazırlıqlar gedir. Konsertin vaxtını dəqiqləşdirdikdən sonra bu haqda məlumat verəcəm.

- Yaxın günlərdə qızınız evləndi. Hazırda xaricdə yaşayır?

- Xeyr, hələ ki, Bakıdadır. Onun üçün çox darıxıram. Təbii ki, anlayıram öz ailəsi olmalıdır və bu normaldır. Gündə on dəfə danışırıq. Çox gözəl ailəsi var. Otağına gedib hanısasa paltarını görəndə qəribə hislər keçirirəm. Onu sözə çevirə bilmirəm. Düşünürəm ki, bununla barışmalıyam.

- Dilarə xanım, sizi hər zaman formada görürük. Bunun üçün nələr edirsiz?

- Pilatesə gedirəm, az yeyirəm. Baxmayaraq ki, məni dadlı yeməklər xoşbəxt edir. Yemək yeyəndə “xoşbəxtlik hormon”larım qışqırır. İnanın ki, iradəmin gücünə formada qalıram. Dadlı yemək mənim üçün əlçatmazdır. Düzdür, hərdən toy məclislərinə gedəndə çox yeyirəm. Mənə deyirlər ki, sən çox yeyirmişsən ki… Necə olur ki, belə formada qalırsan…

- Dərinizdə hanısa kosmetoloji prosedurlar edirsiz?

- Kosmetoloji prosedurlar edirəm. Bunlar dərinin gözəl və cavan qalması üçündür, üzün dartılması, təravətlənməsi və s. Çoxlu maye qəbul edir, sağlam qidalanır, vaxtında yatıram . Çünki səhər saat 7-də oyanıram, qızım məktəbə gedir. Ən önəmlisi, sağlam qidalanmaq və yatmaqdır. Ona görə belə gözəl sözlər eşidirəm. Hazırda 67 kiloqramam. Amma yaxınlarım çəkimdən az göründüyümü deyirlər.

Foto: Pərviz Həşimi


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər