2 Mart 2020 15:37
4 128
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yaşar Nurinin həyat yolodaşı Rəhilə Nuriyeva etirafı ilə diqqət çəkib.

Teleqraf.com xəbər verir ki, Rəhilə Nuriyeva “Evdəkilərə salam” verilişində mərhum xalq artistinin xaraktercə qısqanc olduğunu deyib:

“Yaradıcı ailələrdə bir nəfər qurban olur, bizim də ailədə qurban mən idim. Mən onu çox əzizləyirdim. Özümə nəyisə yox deyə bilərdim, ona deməzdim.

Çox sərt, hazırcavab, sözü üzə deyən insan idi. Fikirləşmədən adama elə söz deyə bilərdi ki, qarşısındakı insan ondan inciyərdi.

Biz evlənəndə üç il qapını açmağa ixtiyarım yox idi. Telefonum da yox idi, onda kirayədə qalırdıq. İki il ərzində adi pəncərəni də açıb baxa bilmədim. Halbuki mən konsevatoriyanı bitirən, ali savadlı xanım idim”.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər