Müğənni Sevda Yahyayeva ailə qurmağa hazırlaşır.
Teleqraf.com "Axşam.az"a istinadla xəbər verir ki, bu gün sənətçinin elçilik mərasimi baş tutub. Evdə gerçəkləşən mərasimdə Sevdaya nişan üzüyü taxılıb.
Qeyd edək ki, Sevda Zakir Bayramov adlı həkimlə münasibətlərini rəsmiləşdirib. Onun nişanlısı “Leyla Şıxlinskaya” klinikasında genetik-laborant olaraq çalışır.