Müğənni Eldəniz Məmmədov Xalq artisti Brilliant Dadaşova haqqında iddialar səsləndirib.
Teleqraf.com xəbər verir ki, Eldəniz Məmmədov "Hüseynova bacıları" verilişində xalq artistinin ünvanına bu sözləri deyib: "Brilliant xanımla yola çıxmışam. Amma salamsız gedib, salamsız gəlmişəm. Salam da verməyib, salamı da almayıb. Onunla yenə gedərəm. İllərdir ki, sənətkarımızdır".
Əməkdar artist Mətanət İsgəndərli də Eldəniz Məmmədovu dəstəkləyib və "Ay sağ ol, o, elədir" deyə münasibət bildirib.