Türkiyənin məşhur aktyoru Turhan Kaya koronavirusdan dünyasını dəyişib.
Teleqraf.com xəbər verir ki, "Kurtlar Vadisi Pusu" serialında Ordinaryüs obrazını canlandıran 69 yaşlı aktyor xəstəxanada vəfat edib.
Aktyor 10 gün əvvəl öskürək şikayəti ilə xəstəxanaya yerləşdirilmişdi.
Turhan Kayanın oğlu Theo Kaya atasının koronavirusdan dünyasını dəyişdiyini deyib.
Aktyorun ailə üzvləri test edilib və onlarda virus aşkarlanmayıb.