8 Aprel 01:36
292

Mərhum müğənni Maykl Ceksonun məşhur ağ əlcəyi rekord qiymətə hərraca çıxarılıb.

Teleqraf.com xəbər verir ki, Maykl Ceksonun əlcəyi Texasda hərracda 104 min 711 dollara satılıb.
Cekson dəfələrlə məşhur əlcəklərindən səhnədə istifadə edib.
Sözügedən əlcəyi Ceksonun 1980-ci illərdə "Bad" dünya turnesində istifadə edib.

Cekson səhnə performanslarında tək əlcək taxıb.

Müğənni müsahibələrinin birində "Bir əlcək taxmaq havalı görsənir. İki əlcək sıradandır" deyə qey edib.


Müəllif: Rəqsanə Həsənova