"Kurt Seyit və Şura İstanbulda" serialına çəkilən aktirsa yeni fotosessiya etdirib.
Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, məşhur aktrisa Fahriye Evcen “InStyle” jurnalının oktyabr sayı üçün obyektiv qarşısına keçib.
Gözəl aktrisa həyatı ilə bağlı da danışıb.
“Əslində il yarımdır istirahət etmədən çox sıx tempdə çalışıram və artıq buna alışmışam. Ona görə çox xoşbəxtəm. Əslində bu yaşlarda hər şey çox sürətlə inkişaf edir, dəyişir... Amma mənim iç dünyam həmişə eynidir.
Kənardan fərqli görünə bilərəm. 28 yaşındayam və bu yaş qadının qırılma nöqtəsidir. Bu dövrdə ata-ana ilə münasibətlər dəyişir, ailə içindəki əlaqələr inkişaf edir. Məsuliyyətimin artdığını söyləyə bilərəm”
Teleqraf.com aktrisanın fotolarını təqdim edir:
Rüstəm