27 Aprel 2020 13:02
1 852
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əməkdar artist Mətanət İsgəndərli "Evdəkilərə salam" verilişində evini nümayiş eydirib.

Teleqraf.com xəbər verir ki, Mətanət İsgəndərli Türkiyə vətəndaşı ilə evli olan qızı Ülkərin Bakıda qalmasından danışıb:

"Qızım Ülkər fevralın 12-dən Bakıya gəlib. Martın 13-də Türkiyəyə qayıdacaqdı, gedə bilmədi. Engin, canım mənim, ailəni öpürəm, bağrıma basıram. Allah sizi qorusun mənim əziz qohumlarım. İşlərimi qurtaran kimi Ülkərin yanına gedirdim".

Müğənni oğlu Kərimdən də söz açıb: "Eyni blokda yaşayırıq. Onlar dördüncü mərtəbədə qalırlar.
Mən ora gedirəm, onlar bura gəlirlər".

Müğənni tənbəl qadınları sevmədiyini deyib: "Mən cəld insanları sevirəm. Cəld iş görən insanam. Gəlinim ailə qurmamışdan öncə bizə gəlmişdi, gedib deyib ki, Mətanət xanım elə iş görür ki, birdən mənim iş görməyimi bəyənməz.

Elə qadınlar var ki, xörək bişirə bilmirlər. O qadınları başa düşə bilmirəm, onları görən gözüm yoxdur. Bu evdə 15 ildir yaşayıram. Hərdən deyirlər ki, müğənnilər evdə işləmirlər. Yazıq müğənnilər həm evdə, həm çöldə işləsinlər? Vallah, vaxtları olmur. Bütün ev işlərini çox gözəl bilirəm".

Əməkdar artist valideynlərinin ayrı yaşamasının səbəbini də qeyd edib: "Anam Sədaqətlə, atam mənimlə yaşayır. Anamın xasiyyəti tünddür. Heç vaxt deməz ki, mənə pul ver. Ona gərək özün verəsən. Acından ölsə belə istəməz, mərd qadındır".

Qeyd edək ki, Mətanət İsgəndərlinin qızı türk iş adamı Engin adlı şəxslə evlidir.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər