Dünyanın ən gənc milyarderi Kayli Cenner daşınmaz əmlaka investisiya yatırmağa başlayıb.
Teleqraf.com xəbər verir ki, kosmetika şirkətinə sahib olan 21 yaşlı Kayli Cenner əmlak "kraliça"sı olmaq fikrinə düşüb. Belə ki, Kayli Cenner Holmbi Hills bölgəsində 36,5 milyon dollara malikanə alıb.
Malikanədə 12 maşın üçün qaraj, tennis kortu və hovuz var.