30 May 2020 16:40
3 255
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Mələkxanım Əyyubovanın rəssam qızı Nəzrin Əyyubova ilə "Zaurla Günaydın" verilişinə qonaq olub.

Teleqraf.com xəbər verir ki, Nəzrin Əyyubova aparıcının "Valideynlərin övladına arzuladığı toy mərasimi var. Toy mərasiminizi öz istəyinizə uyğun, yoxsa valideynlərinin istəyi ilə keçirilməsini arzulayırsız?" sualına belə cavab verib:

"İdeallarımız eynidir. Toy mərasimimi dəniz kənarında keçirmək istəyirəm".

Mələkxanım isə qızının sözünə müdaxilə edərək bu sözləri deyib: "Mən istəmirəm. Mən açıq havada toy xoşlamıram. Dəniz kənarında pərakəndəlik olur. Mən danışıram və nəticədə onların dedikləri olur".

Qeyd edək ki, Nəzrin Əyyubova nişanlıdır. Onun nişanlısı dizaynerdir.


Müəllif: Rəqsanə Həsənova