TV 8 kanalında yayımlanan "O səs Türkiyə" müsabiqəsinin münsiflər heyətindən uzaqlaşan müğənni Seda Sayan "Yeməkdəyik" verilişindən də ayrılıb.
Teleqraf.com xəbər verir ki, kanalın rəhbəri Acun Ilıcalının dəvəti ilə "Yeməkdəyik" verilişinə aparıcılıq edən Seda Sayan bu qərarı ilə təəccübə səbəb olub.
O, çox yorulduğu üçün hər iki proqramdan ayrılmaq qərarı aldığını deyib.