Əməkdar artist Cavanşir Məmmədov "Ay Zaur" verilişinin qonağı olub.
Teleqraf.com xəbər verir ki, Cavanşir Məmmədov övladlarından danışıb: "Oğlumu evləndirəndə qız axtarırdıq, yaxın dostumun qızı ilə evləndi. O, gözümüzün qabağında böyümüşdü.
Qızım isə Türkiyəli aktyorla ailə qurdu. Gediş-gəlişimiz var. Qızım Bakıda yaşayır, həyat yoldaşı Türkiyəyə çəkilişə gedib-gəlir. Burada işləmir, ailəni özü dolandırır. Qızıma Tarqovidə bir ev almışam, onu da kirayə veriblər. Onun pulu ilə dolanırlar".
Əməkdar artist aparıcının "Nə yaxşı kürəkəninə mağaza açmamısınız?" sualına cavabda deyib: "Cavanşir müəllimin özünün mağazası var ki, ona da mağaza açsın? Hər iki övladıma ali təhsil verdim, hər ikisi Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib. Hər birinə ev aldım. Başqa nə edim? Məni maşın almaq geri saldı. İndiyə qədər 67 avtomobil dəyişmişəm. Bahalı alıb, ucuz satırdım".