Əməkdar artist Zöhrə Abdullayeva gənc müğənni Mina Hüseyni sərt şəkildə tənqid edib.
Teleqraf.com xəbər verir ki, Mina Hüseynin ARB-də canlı efirə cins pencəkdə, qısa şortikdə çıxması əməkdar artisti əsəbləşdirib: “Əynində heç nə yoxdur, efirdə o nə oturuşdur? Müğənni şortik geyinməz. Onsuz da əynində heç nəy yoxdur. Müğənninin gözəl yerləri görünməməlidir. O qız gözəldir, niyə efirə elə geyinib çıxıb? Oxumağı da pis deyil. Mən illərimi səhnəyə vermişəm və sözlərimə quyruq qoşmasınlar. O, qızı gözəl paltarda görmək istəyirəm. Biz efirdə elə geyinsəydik, bizi ərə almazdılar”.
Mina Hüseynin isə əməkdar artistə cavabı gecikməyib: “Məndən yaşca çox böyükdür və fikirlərinə hörmət edirəm. Bu da mənim tərzimdir və dünya ulduzlarına baxıb belə tərz seçmişəm. Onlar da ağılsız insanlar deyillər, qapalı geyinə bilərdilər. Hələ ki, belə davam edirəm”.