Türkiyənin məşhur aktrisası, “Çalıkuşu” serialının Fəridəsi Aydan Şener Azərbaycana dəstək nümayiş etdirib.
Teleqraf.com xəbər verir ki, Aydan Şener “ATV səhər” verilişində virtual qonaq olub:
“Torpaqlarınızı başqa bir millət ələ keçirməyə çalışır. Bu, səhvdir. Hüzur və sülh şəraitində yaşamaq istəyirik. Müharibəyə qarşıyam, çünki əsgərlərimiz şəhid olur. Müharibəni yaxından izləməyə çalışıram. Azərbaycan ordusunun çox güclü olduğunu bilirəm. Təbii ki, torpaqlarınızı azad etmək üçün müharibə etməlisiz.
Azərbaycanla yaxın əlaqələrim var, ölkənizi çox sevirəm. Azərbaycana bir neçə dəfə səyahət etmişəm. Orada çoxlu dostlarım var və həqiqətən azərbaycanlıları çox sevirəm.
Məni “Çalıkuşu” serialından sonra tanımağa başladınız. Oradan çoxlu məktublar aldım. İndi sosial şəbəkə sayəsində görüşürük. İnstaqramda Azərbaycana dəstək paylaşımından sonra çoxlu mesajlar gəldi və təşəkkür etdilər. Allah köməyiniz olsun. Bir millət, iki dövlətik. Azərbaycanda məni sevənlərə sevgilərimi göndərirəm”.