15 Noyabr 2020 09:07
1 881
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Milli Konservatoriyasının rektoru, professor Siyavuş Kərimi Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Siyavuş müəllim, düşmənə qalib gəldik. Tezliklə sülhün bağlanacağına inanırdınızmı? Təəssüratınız necədir?

- Torpaqlarımızın tez bir zamanda qayıtması çox sevindiricidir. Gözləntilərlərimiz o idi ki, tezliklə torpaqlarımız qayıtsın. Amma sülhün imzalanacağını bilmirdik. Cənab Prezident İlham Əliyevin götürdüyü istiqamət ən düzgün və Azərbaycana xeyir gətirəndir.

- Hansı şəhərimizə getməyi planlaşdırırsınız?

- Bir musiqiçi kimi Şərqin konservatoriyası olan Şuşa şəhərinə getmək istəyərəm.

- Qarabağa Rusiya və Türkiyə sülhməramlıların gəlişini necə dəyərləndirirsiniz?

- Əlbəttə ki, bu baş verənlər dövlət başçıları tərəfindən müzakirə olunmuş və həyata keçirilən prosesdir. Hamı çox gözəl başa düşür ki, bizim Ali Baş Komandanımız etdiyi əməllər Azərbaycanın xeyrinədir. Təbii ki, Türkiyə və Rusiya sülhməramlılarının Qarabağa gəlməklə qarşıdurmanın qarşısını alan qüvvələrdir. Hamımız Ermənistanda nələr baş verdiyini görürük. Ona görə də sülhməramlıların burada olması çox yaxşı haldır.

Atəşkəs imzalandı və gənclərimizin qan tökülmənin qarşısı alındı. Çox vacib haldır ki, bir çox şəhərlərimiz də qan tökülmədən azad edildi. Bu, əlbəttə ki, çox sevindiricidir. Belə bir əməli ancaq alqışlamaq lazımdır.

- Qələbə ilə bağlı hansısa layihə həyata keçirəcəksinizmi?

- Bu, yaradıcılıqla əlaqəlidir. Biz də yaradıcı insan kimi öz işlərimizi görəcəyik və ictimiayyətin diqqətinə çatdıracağıq.

- Qələbə marşı yazılıb və oraya iki Türkiyə marşı da əlavə edilib...

- Söhbət yalnız marşlardan getmir. Kimi marş, kimi mahnı yazacaq, kimi film çəkəcək. Bizim əsgərlərimizin qəhrəmanlığı haqqında əsərlər yazılacaq. Biz uzun müddət qəhrəmanlarımızı vəsf edə biləcəyik, yaradıcı layihələr hazırlayırıq.

- Şəhid analarına sözünüz nədir?

- Mən hər bir şəhid anasının qarşısında baş əyirəm, onlar Vətənə bu cür qəhrəman övladlar yetişdiriblər. Onlar öz canı, qanı bahasına bizim azadlığımızı, torpaqlarımızın qayıtmasını təmin ediblər. Əlbəttə ki, Azərbaycan əsgərinin göstərdiyi şücaət alnımızın açıq, qamətimizin düz olmasına gətirib çıxardı. Allah şəhidlərimizə rəhmət eləsin. Allah xalqımızı qorusun!


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər