20 Oktyabr 2014 14:18
1 512
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyada dəfələrlə qeyri-adi aksiyaları ilə gündəmə gələn rəssam Pyotr Pavlenskiy bu dəfə qulağını kəsib.

Teleqraf.com Türkiyə mediasına istinadən xəbər verir ki, soyunub saxlandığı Serbskiy ruhi dispanserin divarına dırmaşan Pavlenskiy arzuolunmaz şəxslərin “psix” adlandırılaraq cəmiyyətdən uzaqlaşdırılmasına qarşı çıxıb. O, bu etirazını qulağını kəsməklə ifadə edib. Daha sonra rəssam polis işçiləri tərəfindən yenidən dispanserə qaytarılıb.

Qeyd edək ki, Pavlenskiy 2012-ci ildə Pussi Riot punk qrupuna dəstək üçün iynə sapla narkoz istifadə etmədən küçənin ortasında ağzını tikib. 2013-cü ilin may ayında Rusiyada yaşayan insanların sistemə qarşı müdafiəsiz olduğunu ifadə edərək özünü çılpaq şəkildə tikanlı simlərə bürüyüb. 2013-cü ilin noyabr ayında isə Moskvanın Qızıl meydanında 20 santimetrelik mismarla özünü meydana mismarlayıb.

Samir


Müəllif:

Oxşar xəbərlər