Rusiyanın estrada-pop ifaçısı Polina Qaqarina Azərbaycana dəstəyini nümayiş etdirib.
Teleqraf.com xəbər verir ki, Polina Qaqarina ölkəmizə dəstək mesajını "Nargis magazine" jurnalı vasitəsilə çatdırıb.
O, jurnalın İnstaqram hesabında bu sözləri qeyd edib: "Bu cür güclü dəstəyə görə, Azərbaycana təşəkkür edirəm. Səmimi Azərbaycana salam göndərirəm. Bu gözəl ölkədə konsertimin baş tutmasına görə xoşbəxtəm. Bakı əbədi olaraq qəlbimdə qalacaq".