22 Oktyabr 2014 21:24
985
12 Punto 14 Punto 16 Punto 18 Punto

Heç olubmu ki, geyimin etiketinə baxarkən, hərflərin ardıcıllığını müəyyən bir sözdə birləşdirə bilməyəsiniz? Belə şeylər hətta peşəkarlarla baş verir. Tabloid.az Buro 24/7-yə istinadən xəbər verir ki, dizayner və brend adlarının doğru tələffüz qaydalarından ibarət siyahı hazırlanıb.

Philipp Plein - "Filipp Plyayn" - dizayner Almaniyada anadan olub, buna görə də onun adını ingilis qaydalarına görə deyil, alman dili qaydalarına uyğun olaraq tələffüz etmək lazımdır. Eyni qayda Calvin Klein-ə də aiddir - "Kelvin Klyayn".

Dizayner Nicolas Ghesquière-in adı Nikolya Jeskyerdir, Qeskyer deyil. Onun rəhbərlik etdiyi Louis Vuitton "Lui Vitton" tələffüs edilir, Lui Vyutton və ya Lu Vuitton deyil.

Ann Demeulemeester - "Ann Demelmeyster" deyə tələffüz etmək lazımdır.
Lanvin moda evi "Lanvan" deyə tələffüz olunur. Buna görə də "Lanvin" və ya "Lanven" adını unudur. Brendin rəhbərinin adı isə Alber Elbazdır.

Dizaynerlərin və brendlərin adını necə tələffüz etməli?

Marchesa brendinin adını italyan dili qaydalarına uyğun olaraq, "Markeza"oxumaq lazımdır.
Hermes - "Ermes" oxunur. Hermes isə qədim yunanların ticarət tanrısının adıdır. Fransız dilinin qaydalarına uyğun olaraq, brendin adını Erme də oxuyurlar. Ancaq unutmaq lazım deyil ki, hər biq qaydada istisna da olur. Bu məhz həmin haldır.
Tunis mənşəli fransız dizayneri Azzedine Alaia "Azzedin Alayya" deyə tələffüz olunur.
Badgley Mischka - bir adam adı deyil, dizayner duetinin təsisçilərinin soyadlarıdır - Mark Becli və Ceyms Mişka. Müvafiq olaraq, brendin adı "Becli Mişka" kimi oxunur.

Çox vaxt Vionnet-i "Vayonet" və ya "Vonnet" kimi tələffüz edirlər. Əslində hər şey sadədir: "Vionne", vurğu "o"nun üzərinə düşür. Evin təsisçisi əfsanəvi Madlen Vionnenin soyadı belə səslənir.

Dizaynerlərin və brendlərin adını necə tələffüz etməli?

Hervé Léger - "Erve Leje" deyə tələffüz olunur.
Elie Saab "Eli Saab" oxunur. Yeri gəlmişkən, livanlı dizayner hamının düşündüyü kimi qadın deyil, kişidir.
Onun həmyerlisi Zuhair Murad-ın adı "Zuheyr Murad" kimi tələffüz olunur.

Fransız Thierry Mugler - "Tyeri Myuqler".
Proenza Schouler Amerika brendinin adı "Proenza Skuler" kimi oxunur.
Balenciaga - "Balensiaqa".
Givenchy - "Jivanşi" kimi oxunmalıdır, "Civenşi" kimi yox.
İngilisdilli ölkələrdə Balmain-i "Balmeyn" deyə tələffüz edirlər, ancaq doğru variant "Balman"dır.

Dizaynerlərin və brendlərin adını necə tələffüz etməli?

Comme Des Garçons yapon brendidir, ancaq adı fransızcadır. Bunda görə də"Kom de Qarson" deyə oxumaq lazımdır.

Loewe ispan markasının adı hər yerdə müxtəlif cür tələffüz olunur. Ancaq dəqiq variant da yoxdur. Doğruya ən yaxın olan, "Loeve" və "Loueve" arasında bir şey alınır.

Rei Kawakubo-nun tələffüzü çətin görünsə də, əslində çox sadədir - "Rey Kovakubo".

Christian Louboutin qaydalara görə, "Kristian Lubutan" kimi tələffüz olunur. Ancaq hətta peşəkar çevrələrdə belə "Labuten", "Lobutan" və ya "Labutin" kimi variantlar eşitmək olar. Sadəlik üçün brendin pərəstişkarları bu markadan olan ayaqqabılarını "Lubis" adlandırırlar.
Nike brendinin adı nə qədər təəccüblü olsa da bütün dünyada "Nayki" kimi tələffüz olunur.

Dizaynerlərin və brendlərin adını necə tələffüz etməli?

Giambattista Valli və Gianfranco Ferre mürəkkəb görünən adları əslində çox asan tələffüz olunur - "Jambattista Valli" və "Janfranko Ferre".

Sonia Rykiel - "Sonya Rikel" deyə oxunur.
Hedi Slimane çox vaxt doğru oxumurlar, "Edi Sliman" deyə tələffüz etmək doğrudur.

Burberry Prorsum "Börberi Prorsum" kimi oxunur, "Barberi Prorsum" kimi və ya "Burberi Prorsum" kimi deyil.

Drie Van Noten - "Dris Van Noten" kimi tələffüz olunmalıdır.

XX əsrin əvvəlində Elza Schiaparelli Coco Chanel-dən daha az məşhur deyildi. İndi şirkət ikinci həyata başlayır və onun adını "Elza Skiaparelli" deyə oxumaq lazım olduğunu bilmək lazımdır.

Mary Katrantzou Yunanıstanda anadan olub, ancaq Britaniyada çalışır. Orada onu"Meri Katranzu" adlandırırlar.


Müəllif:

Oxşar xəbərlər