Moskvada yaşayan müğənni Rəqsanə İsmayılova həyat yoldaşı Fazil Əmiraslanovu doğum günü münasibəti ilə təbrik edib.
Teleqraf.com xəbər verir ki, müğənni İnstaqramın hekayə bölümündə həyat yoldaşına həsr etdiyi videonu paylaşıb: "Məni həyatda xoşbəxt edən insan. Bu gün sənin doğum günündür. Təbrik edirəm. Sənə uzun ömür, can sağlığı arzu edirəm. Yeri gəldi dost, yeri gəldi sirr ortağım, həm də arxa-dayağım oldun. Mənə və balalarıma sahib çıxdın. Sənə təşəkkür edirəm. Yaxşı ki, varsan".
Qeyd edək ki, Rəqsanə İsmayılovanın Fazil Əmiraslanov ilə nikahından əkiz övladları var.