28 Yanvar 2021 15:27
935
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Röya Ayxan mərhum bəstəkar, əməkdar incəsənət xadimi Nailə Mirməmmədli haqqında danışıb.

Teleqraf.com xəbər verir ki, Röya Ayxan "Ötən günlər" verilişində bu sözləri deyib:

"Dünyanın ən xoşbəxt müğənnisiyəm ki, Nailə Mirməmmədlini tanımışam. Çünki onun sayəsində çox böyük bəstəkarlar, ulduzlar, şairlərlə tanış olmuşam. Ən önəmlisi odur ki, onda paxıllıq yox idi. Küsülülük olmasına da imkan verməzdi. Məsələn, durmadan Brilliant Dadaşova ilə danışırdı ki, yaxşı qızdır.

Mənə deyirdi ki, Baba Vəziroğlu, Faiq Sücəddinovla tanış olmalısan. Bütün yaxşı sənətkarlarla gəncləri tanış edirdi.

Mən heç vaxt inanmazdım ki, orkestrlə konsert verərəm. Teymur Göyçayevi görəndə qorxudan gömgöy olurdum. Nailə xanımın yanına qaçırdım ki, məni o kişinin yanında qoyma. Nailə xanım Teymur müəllimə demişdi ki, Röya səndən qorxur, elə et ki, bu qız səni xoşlasın, konsertində oxuya bilsin.

Həyatımda onun böyük rolu var, yeri görsənəcək. Uşaqları, gəlini ilə də münasibətim yaxşıdır. Mənim artıq bir ailəm də var. Oğlu ilə ayrıca zarafatlarım var. İstəməsəm də o evə getməli oluram ki, onlardə çətinlik olmasın. İstəyirəm ki, onun ruhu şad olsun. Hər zaman onun mahnıları səslənəcək”.

Qeyd edək ki, bir müddət əvvəl Brilliant Dadaşova ilə Röya Ayxan qalmaqal yaşamışdı.


Müəllif: Rəqsanə Həsənova