Xalq artisti Röya Ayxan MTV Azərbaycan kanalında qonaq olub.
Teleqraf.com xəbər verir ki, şəxsi həyatını mediadan gizli saxlayan xalq artisti şevdiyi şəxsin olduğunu etiraf edib:
"Sevməyi də çox gözəl bacarıram və sevilirəm. Mən şəxsi həyatım haqqında heç vaxt damışmamışam. Yalnız ərə getməyimi görmüsünüz".
Xalq artisti pendemiyada yaşadığı çətinlikdən də danışıb:
"Bu bir il pandemiya dövründə niyə şikayət etmədim? Çünki ən önəmlisi ailə üzvlərimin sağlamlığı idi. Anamı sağaldıram, atam xəstəxanaya gedir, atamı sağaldıram, anam... Mənim toy mərasimlərini gözləməyə vaxtım olmadı. Bu günə qədər də ailəmi qorumaq haqqında düşündüm. Pul var, yoxsa yox düşünmədim. Çünki mən kasıb adam olmuşam".