Əməkdar artist Rəhman Rəhmanovun həyat yoldaşı Gülbikə Rəhmanova həyat yoldaşının ona xəyanət etməsindən danışıb.
Teleqeraf.com xəbər verir ki, Gülbikə Rəhmanova ARB-də bu sözləri deyib:
“Xəyanət etdiyini hiss etmişəm, üzünə vurmamışam, pərdə saxlamışam. Evdən qastrol adıyla çıxırdı, gəlmirdi. Mənə dedilər, xəyanət edir. Dedim, cavandır, üzünə vurmadım, keçdim. Gecə gəlmirdi, deyirdi, işim var.
Düzdür, evə gələndə köynəyində qırmızı ləkə görürdüm, soruşurdum ki, bu nədir, cavab vermirdi. Sonra eşitdim ki, o xanımdan ayrılıb. Allaha şükür etdim. Mən onu özümdən çox istəyirəm. 26 ildir ailə qurmuşam. Hələ ki o, mənə heç nə deməyib, mən də qarışmamışam.
O mənim balamdır, həyat yoldaşımdır, sirdaşımdır. Ona həmişə demişəm ki, sən mənim ürəyimsən”.