Müğənni Nura Suri "Düşünürdüm" adlı yeni klipini təqdim edib.
Teleqraf.com xəbər verir ki, mahnını Hüseyn Qəribov ekranlaşdırıb.
Müğənni klip zamanı bir neçə obrazda obyektiv qarşısına keçib. Modellər Əlisərdar Talıbov və Nigar Qədirlinin görüntüləri diqqət çəkib.
Qeyd edək ki, mahnının sözləri və musiqisi Buzzza (Mahmud), aranjimanı isə Emin Kərimə aiddir.