13 Aprel 2021 17:21
1 687
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məşhur prodüser Anar Mədətov "Onun sirri" verilişində səmimi açıqlamalar verib.

Teleqraf.com-un xəbərinə görə, o, ikinci dəfə ailə qurmasından peşman olmadığını deyib: "Peşman olsam, bu hissi göstərərəm. Mən peşman deyiləm və hər bir hərəkətimə özüm cavabdehəm".

Prodüser aparıcının "Hazırda xoşbəxtsiniz?" sualına müsbət cavab verib: "Təbii ki, xoşbəxtəm. Anar Mədətov kimi həyatım davam edir. Hətta həyatda nə baş verirsə, yaxşılığa doğru olur. Nə kimisə qınayıram, nə də kiməsə söz atmaq istəyirəm. Hamı özünə cavabdehdir".

Prodüser lüks avtomobillərinə həbs qoyulduğunu da açıqlayıb: "Hər şey balalarımındır, amma kimsə onlardan almaq istəsə ağsaqqalıma müraciət edəcəm. Gizlətməyəcəm, məhkəmə prosesini uzadırlar. Əgər bu əmlak bölünməlidirsə, bölünməlidir. Mənim adıma olan şey bölünsün".

Müğənni iş birliyi etdiyi həmkarlarından biri haqda etirafı ilə də diqqət çəkib: "Bir gün mənə zəng gəldi ki, bu müğənnini həbs ediblər. Həqiqətən böhtan idi. Sadəcə gündəmdə olan adama problem yaşatmaq istədilər. Mən bir məmura zəng vurdum. Məmur məni görüşə dəvət etdi, ona dedim ki, müğənnini şərləyiblər. Onu azad etdilər. Həmin müğənninin adını çəkmək istəmərəm".

Qeyd edək ki, Anar Mədətov həyat yoldaşı Elnurə Mədətovadan ayırılıb. Cütlüyün oğlu Mahir Mədətov (Mahir Emreli) "Qarabağ" futbol komandasının hücumçusudur.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər